📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aysun İsmayılova: “İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə, gedirəm”- VİDEO

2026-11-19 17:31:35

Aysun İsmayılova: “İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə, gedirəm”- VİDEO

Müğənni Aysun İsmayılovanın konsert zamanı tamaşaçılardan biri ilə söhbəti maraqlı anlara səbəb olub.

Sənətçi şəxsi həyatında baş verən dəyişikliklərdən danışaraq artıq özünü daha sərbəst hiss etdiyini bildirib.

İfaçı çıxışı zamanı tamaşaçılardan birinin "Kişi gedir evə, çörək qazanıb gətirir" sözlərinə də münasibət bildirib. Aysun bu fikrə etiraz edərək öz təcrübəsindən danışıb:

"Bir dəqiqə dayanın, mən iki dəfə kruq getdim, evə çörək alıb gətirən olmadı. Çörəyi də özüm aldım. Allaha haqqı, olmadı, yenə işləyən mən oldum. Mən artıq psixoloqa gedirəm, belə şey olmaz. İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə gedirəm".

Müğənninin səmimi etirafları və tamaşaçıya verdiyi cavab konsertdən yayılan görüntülərin müzakirə olunmasına səbəb olub./milli.az/