📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aytən Səfərovanın düşdüyü qəzada ölən tələbə olub - FOTOLAR

2024-04-18 11:16:31

Aytən Səfərovanın düşdüyü qəzada ölən tələbə olub - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 2005-ci il təvəllüdlü Ayxan Əliyev Bakı Qida və Sənayesi kollecinin tələbəsi olub.

Hadisə nəticəsində həyatını itirən gəncin fotosunu təqdim edirik: