Ayxan çempion! - Video
2026-08-20 11:51:34
Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatında qızıl medal qazanıb.
Hurriyyet.media xəbər verir ki, güləşçimiz finalda özbəkistanlı Dostonbek Oripova 4:1 hesabıyla qalib gəlib.
O, titulunu qoruyub və ardıcıl 2-ci dəfə U20 dünya çempionu olub.