📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azad edilən ərazilərdə seçki məntəqələri təşkil ediləcək - 20 min seçici ilk dəfə səs verəcək

2023-12-08 17:25:02

Azad edilən ərazilərdə seçki məntəqələri təşkil ediləcək - 20 min seçici ilk dəfə səs verəcək

Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səsə verəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanların azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklər. Bu hadisə tarixə düşəcək”.

report.az