📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azad edilmiş ərazilərə Norveç şirkətlərinin cəlb edilməsi müzakirə edilib

2021-12-15 15:05:00

Azad edilmiş ərazilərə Norveç şirkətlərinin cəlb edilməsi müzakirə edilib

İşğaldan azad edilmiş ərazilərimizə Norveç şirkətlərinin cəlb edilməsi məsələlərini müzakirə etdik.

Hurriyyet.az xəbər verir ki,bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.

O Norveçin Azərbaycandakı səfiri ilə görüşdüyünü bildirərək “Norveç Krallığının Azərbaycandakı səfiri cənab Erlinq Skyonsberqlə ticarət, investisiya və rəqəmsal iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı, işğaldan azad edilmiş ərazilərimizə Norveç şirkətlərinin cəlb edilməsi məsələlərini müzakirə etdik,”-deyə əlavə edib.