📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb" - DTX

2023-09-30 14:02:24

Birinci Qarabağ Müharibəsində 4 min nəfərə yaxın itkinimiz olub.

Hurriyyet.az xəbər verir ki, bunu DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib. O bildirib ki, hazırda itkin düşən şəxslərin axtarışları davam edir:

"Dövlət Təhülükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eynilləşməsini həyata keçirmişik. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb". (APA)