📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azadlıq Yerablurdan başlayır” – Ermənistanda bəyanat yayıldı

2022-09-24 15:42:00

“Azadlıq Yerablurdan başlayır” – Ermənistanda bəyanat yayıldı

Hurriyyet.az  “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, müharibədə ölmüş erməni hərbçilərinin valideynləri Baş nazir Nikol Paşinyanın 44 günlük müharibənin başlanmasının ildönümündə Yerablur hərbi məzarlığına daxil olmasının qarşısını almaq üçün yenidən orada toplaşmaq niyyətindədirlər.

Bu barədə məlumatı 44 günlük müharibədə ölmüşHaykaz Mkrtçyanın anası Anna Mkrtçyan öz Facebook səhifəsində yazıb. O, ölmüş erməni hərbçilərinin valideynlərinin bəyanatını sosial şəbəkədə yayıb.

Qeyd olunur ki, məqsəd müharibənin ildönümündə Paşinyanın Yerabluru murdarlanmasının qarşısını almaqdır.

Valideynlərin bəyanatında deyilir: “Azadlıq Yerablurdan başlayır”.

Hürr Tərcüman

“Azadlıq Yerablurdan başlayır” – Ermənistanda bəyanat yayıldı