📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZAL Almatıya reysləri LƏĞV ETDİ

2022-01-05 23:53:00

AZAL Almatıya reysləri LƏĞV ETDİ

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.

Bu barədə  Hurriyyet.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

 

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.