AZAL bu tarixdən Bakı - Moskva reysini bərpa edir
2022-04-02 14:14:00
AZAL Bakı-Moskva reysini bərpa edir.
"Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) mayın 31-dən etibarən həftənin hər günü Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə hazırlaşır.
Hurriyyet.az-ın əldə etdiyi məlumatına görə, Bakıdan uçuş yerli vaxtla saat 10:40-da, Moskvadan uçuş isə saat 13:50-də yerinə yetiriləcək.