📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZAL Naxçıvan reyslərini bərpa edib

2026-05-17 11:14:13

AZAL Naxçıvan reyslərini bərpa edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

Sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

"Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir", - deyə aviaşirkət bəyan edib.