📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azay Quliyev Lissabona gedir

2024-05-18 20:20:52

Azay Quliyev Lissabona gedir

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev Portuqaliya parlamenti və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçiriləcək “Süni intellekt dövründə təhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda iştirak etmək üçün mayın 19-da Portuqaliya Respublikasının Lissabon şəhərinə səfər edəcək.

Konfrans çərçivəsində “Süni intellekt və onun ATƏT regionuna təsirinin başa düşülməsi”, “Demokratiyanın mühafizəsi və süni intellekt vasitəsilə inkişafın təşviq edilməsi” və “Süni intellektin tənzimlənməsi - milli parlamentlərin rolu” adlı panellərin təşkil olunması nəzərdə tutulur.

Səfər mayın 21-də başa çatacaq.

 

\\Modern.az