📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azər Zeynalov Vasif Talıbovdan danışdı: “Onun yoxluğu işimizə təsir etmir”

2023-04-15 00:22:00

Azər Zeynalov Vasif Talıbovdan danışdı: “Onun yoxluğu işimizə təsir etmir”

“Hal-hazırda Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin sədrliyinə seçki məsələsi gündəmdə yoxdur. Mən sədrin birinci müavini kimi bu işi aparıram”.

Hurriyyet.Az bildirir ki, bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalov bu barədə suala cavabında bildirib.

Onun sözlərinə görə, Ali Məclis öz faəliyyətini normal qaydada davam etdirir: “Vasif Talıbovun yoxluğu işimizə hər hansı təsir göstərmir”.

“Vasif Talıbovun Ali Məclislə əlaqəsi varmı” sualına Azər Zeynalov “yox” cavabını verib: “Ali Məclis üzvləri buraya hər gün gəlmir”.