📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

2026-10-02 14:05:44

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasının 4-cü turunda keçiriləcək Azərbaycan - Litva oyununun hakimləri açıqlanıb.

Hurriyyet.net  UEFA-nın saytına istinadən xəbər verir ki,  D Liqasının 2-ci qrupunun matçını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Qustavo Korreya olacaq. Ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro olacaq. 

Xatırladaq ki, oktyabrın 4-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Litva oyunu saat 17:00-da başlayacaq.