"Azərbaycan 2022-ci ilə uşaqlarımıza hansı hədiyyə ilə gedir?" - SAMİR ƏLİYEV
"Ermənistanda gələn ilin yanvar ayının 1-dən etibarən doğulan hər 3-cü və daha çox uşağa görə 100 dollar ödəniləcək və bu ödəniş uşağın 6 yaşa qədər davam edəcək "
"Rusiyada 2022-ci ilin fevralından uşaq doğuşuna görə birdəfəlik müavinətin həcmi artırılaraq 19981 rubla (280 dollar) çatdırılacaq. Fevral ayından 1-ci uşağa qulluğa görə müavinətin minimum həddi 7493 rubla (105 dollar), maksimum həddi 31282 rubla (439 dollar) qaldırılacaq. Müavinətlər uşaq 1,5 yaşa çatanadək ödəniləcək". Hurriyyet.az xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev qeyd edib.
Ekspert bildirib ki, Ermənistanda isə 2022-ci ilin yanvar ayının 1-dən etibarən ailələrə doğulan hər 3-cü və daha çox uşağa görə 50 min dram (təxminən, 100 dollar) ödəniləcək: "Bu ödəniş uşağın 6 yaşa qədər davam edəcək. Ukraynada yeni layihəyə görə, 2022-ci ildən doğulan 1-ci uşağa görə ailələr 50 min qriven (1920 USD), 2-ci uşağa görə 100 min qriven (3840 USD), 3-cü və daha çox uşağa görə 150 min qriven (5770 USD) məbləğində ümumi vəsait alacaqlar. Bu vəsaitlərin bir hissəsini (15 min 1-ci, 30 min 2-ci, 45 min 3-cü uşağa görə) birdəfəlik şəkildə doğuşdan sonra, qalanlarını 36 ay ərzində hissə-hissə əldə edəcəklər".
Onun sözlərinə görə, Belarusda isə 2021-ci ilin noyabr ayının 1-dən 1-ci uşağın doğuşuna görə 2 880,10 rubl (1180 USD), 2-ci və növbətilər üçün 4 032,14 rubl (1652 USD) məbləğində birdəfəlik müavinət müəyyənləşib: "Bundan əlavə 3 yaşa qədər qulluğa görə 1-ci uşaq üçün 495,74 rubl (203 USD), 2-ci və hər növbəti uşaqlar üçün 566,66 rubl (232 USD) aylıq müavinət ödəniləcək. Əlil uşaq valideynləri isə uşağın 3 yaşına qədər 637,38 rubl (261 USD) məbləğində aylıq müavinət alacaqlar. Bəs Azərbaycan 2022-ci ilə uşaqlarımıza hansı hədiyyə ilə gedir?"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az