📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan 7 milyard dollarlıq layihədə iştirak etməyəcək - Rəsmi

2026-02-19 22:26:34

Azərbaycan 7 milyard dollarlıq layihədə iştirak etməyəcək - Rəsmi

"Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir".

Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.

"Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur".