"Azərbaycan Aİ-nin enerji müstəqilliyi üçün strateji əhəmiyyət daşıyır" - Orban
2023-10-06 15:18:49
Azərbaycan Avropa İttifaqının (Aİ) enerji müstəqilliyinin saxlanılması üçün strateji əhəmiyyət daşıyır.
APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban İspaniyanın Qranada şəhərində Aİ liderlərinin qeyri-rəsmi görüşündən öncə deyib.
“Azərbaycan açar ölkədir, Azərbaycansız bizim enerji müstəqilliyimiz ola bilməz”, - Orban bildirib.