📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Almaniya və Aİ üçün etibarlı tərəfdaşdır - Yohann Vadeful

2026-11-18 10:05:14

Azərbaycan Almaniya və Aİ üçün etibarlı tərəfdaşdır - Yohann Vadeful

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

Modern.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

 

O bildirib ki, Azərbaycan həm Avropa İttifaqı, həm də Almaniya üçün etibarlı tərəfdaşdır:

“Strateji Gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün təmin olunmasına dəstək verməyə hazırıq”.