📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan antiterror tədbirlərinə məcbur oldu - XİN

2023-09-20 17:55:21

Azərbaycan antiterror tədbirlərinə məcbur oldu - XİN

Azərbaycan lokal antiterror tədbirlərinə məcbur oldu.

Hurriyyet.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayav bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan vaxt qazanmağa çalışır:

“3 ilə yaxındır ki, Ermənistan vaxt qazanmağa çalışır. Ona görə biz antiterror tədbirlərinə məcbur olduq”.