Azərbaycan Avropaya qaz nəqlində Rusiya ilə rəqabət aparmır - İLHAM ƏLİYEV
Azərbaycan qazının Avropaya tədarükü Rusiyanın qaz tədarükü ilə rəqabət apara bilməz.
Hurriyyet.az xəbər verir ki,bunu Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.
Prezident İlham Əliyev Avropaya Azərbaycan tərəfindən ixrac edilən qazın həcminə diqqəti cəlb edərək “Rəqabət məsələsi çox şişirdilib və əsassız olaraq siyasiləşdirilib,rəqabət məsələsi çox şişirdilib və əsassız olaraq siyasiləşdirilib. Bizim qaz təchizatımız Rusiya ilə rəqabət apara bilməz”. “, -deyə qeyd edib:
Azərbaycan prezidenti onu da əlavə edib ki, rusiyalı həmkarı Vladimir Putinlə bu mövzunu müzakirə etmədiyini qeyd edərək bildrib ki, sözün düzü, sizə deyə bilərəm ki, biz bu məsələni heç vaxt müzakirə etməmişik. Biz ildə bir neçə dəfə mütəmadi olaraq görüşür, daim telefonla danışırıq, lakin o, bu məsələni heç vaxt qaldırmayıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan prezidenti bəyan etmirdir ki, ölkə Qərbi Balkanların qaz nəqli infrastrukturuna qoşulmaqla Avropanın enerji bazarında iştirakını genişləndirməyə çalışır.