📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Ayda baş tutan Artemida proqramında iştirak edəcək

2023-10-03 14:05:44

Azərbaycan Ayda baş tutan Artemida proqramında iştirak edəcək

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) prezidenti Yama Kama Bakıda baş tutan 74-cü Beynəlxalq Astronavtika Konqresinin ikinci günündə keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanın Ayda tədqiqatların aparılması məqsədi ilə həyata keçirilən Artemida proqramına qoşulması mümkündür. 

“Ayda araşdırma aparmaq üçün 29 ölkənin iştirak etdiyi Artemida layihəsinə start verilib. Amma təəssüf ki, Azərbaycan bu ölkələrdən deyil. Biz istərdik ki, Azərbaycan da bu layihəyə qoşulsun.

JAXA nümayəndəsi kimi deyə bilərəm ki, bizim Azərkosmos ilə çox yaxşı əlaqələrimiz var və biz bu əlaqələri daha da inkişaf etdirməkdən və Azərbaycanla təcrübə mübadiləsi aparmaqdan məmnun olarıq”.

Ülviyyə, Hurriyyet.az