📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan beynəlxalq səviyyədə Ermənistana qarşı ilk iddia qaldırıb

2022-11-05 13:26:00

Azərbaycan beynəlxalq səviyyədə Ermənistana qarşı ilk iddia qaldırıb

“Ermənistana qarşı beynəlxalq səviyyədə müvafiq hüquqi addımların atılmasına başlanılıb”.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O xatırladıb ki, 2021-ci ilin yanvarında Avropa Məhkəməsində Ermənistana qarşı Azərbaycan tərəfindən ilk iddia qaldırılıb: “Həmin iddia Birinci Qarabağ müharibəsi, işğal dövründə olan hüquqi pozuntular, təxribatlar və İkinci Qarabağ müharibəsi dövründəki təxribatları əhatə edir. Daha sonra minalarla bağlı da şikayət vermişik”.

report.az