📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan “Böyük Dəbilqə”də ilk qızıl medalını QAZANDI

2021-11-05 21:37:00

Azərbaycan “Böyük Dəbilqə”də ilk qızıl medalını QAZANDI

Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə” yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

Orxan Səfərov (-66 kq) Denis Vyeruya (Moldova) ipponla qalib gələrək qızıl medala sahib çıxıb. Bu onun "Böyük Dəbilqə” yarışlarında üçüncü qızıl medalıdır.

Həmçinin Rövşən Əliyev (-60 kq) Sumiyabazar Enktaivana (Monqolustan) qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın monqol əsilli cüdoçusu İçinxorloo Munxtsedev (-52 kq) final görüşünə çıxacaq. \\Oxu.Az