Azərbaycan Brüsseldə nə qazandı? Yekun bəyanata dair ŞƏRH VİDEO
Brüsseldə keçirilmiş üçtərəfli görüşdən indiyə qədər yayılan məlumatlar əsasında mübaliğəsiz bir söz demək olar: ‘’Bu dəfə də Azərbaycan qazandı!’’
Görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatın təhlili də bunu sübut edir.
Musavat.com-a görə, əslində Azərbaycan ötən il, 44 günlük Vətən müharibəsində öz torpaqları uğrunda haqq davasını udmaqla, məsələni prinsipial olaraq həll edib. Həm də elə həll edib ki, Ermənistanın havadar ölkələri belə, istəsələr də yeni vəziyyəti dəyişə, Ermənistanı düşdüyü məğlub durumdan, böhrandan çıxarda bilməzlər və bilmirlər. Bu baxımdan, istər Brüssel olsun, istərsə də Soçi, ya da Moskva, artıq haqlı və güclü olanın dövranıdır! Azərbaycanın zamanı başlayıb və davam edir!
![]()
Bəs, Şarl Mişelin yaydığı üçtərəfli görüşə dair yekun bəyanatında nə vardı?
Baxaq:
Öncəliklə, Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycan Prezidentinin də bütün kürsülərdən dəfələrlə dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır.
![]()
Daha sonra. Bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu, elə Azərbaycanın postmüharibə dövründə apardığı diplomatik fəaliyyətin, çağırışların özətidir. Bunu da Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbuledilməlidir.
Daha nələri qeyd etmək olar? Aİ Şurası Prezidenti öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib! Nə gözəl! Bu çağırış da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Soçidən əvvəl, Soçi görüşündə və Brüsselə qədər, bizim də dediklərimiz, bizim də çağırışlarımız elə bu deyilmi?