📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan bu gün də müqəddəs savaşdadır" - ZAUR İBRAHİMLİ

2024-05-29 11:34:46

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günə erməni-rus-farsın 300 illik "Böyük Ermənistan" planını puç etdi"

"20-ci əsrin əvvəlindən başlayan əbədi və əzəli mübarizə, mücadilə, yarış davam edir. Əvvəl necə vətənimiz üçün savaşırdıqdsa, yenə davadayıq. Yenə vətən övladı sinəsini sipər edib, yenə Şimaldan, Cənubdan, Qərbdən qorunuruq, yenə “Türkün türkdən başqa dostu yoxdur!” deyirik. 28 mayda 1918-ci ildə Şərqin ilk demokratik respublikasını qurmaqla xalqımız, M.Ə.Rəsulzadə və digər Cümhuriyyət qurucuları dövlətçilik məşəlini alovlandırdılar. Bu gün də bu irsi erməni-rus-fars, firəngdən və s. qoruyuruq, bu gün də mücadilə var...Ruhları şad oslun!" Hurriyyet.az xəbər verir ki, bunu "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli qeyd edib.

Bu gün də Azərbaycanın müqəddəs savaşda olduğunu vurğulayan politoloq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günə erməni-rus-farsın 300 illik “Böyük Ermənistan” planını puç etdi: "Bu gün Şuşa azaddır, bu gün Qarabağ azaddır, bu gün Xankəndi azaddır. Sərhədlərimiz bütövdür. Xalqımız qalibdir! Düşmənlər və dostlar bilsinlər ki, “Bir daha yüksələn bayraq bir daha enməz”, “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”! 28 May – Müstəqillik Günümüz mübarək olsun! Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan bütün soydaşlarımızı ehtiramla anırıq. Allah rəhmət eləsin! Ruhları şad olsun! Allah qazilərimizə can sağlığı versin!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az