📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir

2021-12-23 10:43:00

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

Hurriyyet.az xəbər verir ki, bu, "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dekabrın 22-də keçirilən toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.