📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan bu ölkə üçün quru sərhədini açdı

2022-07-21 14:41:00

Azərbaycan bu ölkə üçün quru sərhədini açdı

Türkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərində ölkəni tərk etmək üçün istifadə edə bilərlər.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.

Pasportlarının müddəti bitən Türkiyə vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.