📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu

2026-02-13 19:19:25

Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu

Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.

Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.

Sabah Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək.