📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Çinə yeni səfir təyin etdi

2023-08-29 13:36:48

Azərbaycan Çinə yeni səfir təyin etdi

Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.