📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan COP29-a çox ciddi hazırlaşır”

2024-04-04 16:53:30

“Azərbaycan COP29-a çox ciddi hazırlaşır”

“Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib”​.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev konqolu həmkarı ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.