📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 3 medal qazandılar

2025-05-11 00:16:58

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 3 medal qazandılar

Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində təşkil olunan böyüklər arasında Avropa Kubokunun ilk günündə 3 medal qazanıb.

Cüdo Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, 66 kq çəki dərəcəsində yarışan Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Babarəhim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, turnirdə 15 ölkədən 169 cüdoçu qüvvəsini sınayır. \\Cebheinfo.az