📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb

2023-12-16 22:33:45

Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib.

Bu barədə Hurriyyet.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

 

Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb