Azərbaycan cüdoçusu Parisdə qızıl medal qazandı
2026-02-07 21:35:10
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.
Telegraf xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Bununla da Balabəy Ağayev karyerası ərzində üçüncü dəfə Paris Böyük Dəbilqəsinin qızıl mükafatçısı olub.