📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan cüdoçusu Xorvatiyada keçirilən Qran Pridə gümüş medal qazandı

2022-07-16 21:59:00

Azərbaycan cüdoçusu Xorvatiyada keçirilən Qran Pridə gümüş medal qazandı

Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

81 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib fransalı Alfa Umar Calo olub.

Rəqibinə uduzan Mollayi gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur. \\Konkret