📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan daha 10 əsgərin meyitini Ermənistana verib - AÇIQLAMA

2022-11-10 16:25:00

Azərbaycan daha 10 əsgərin meyitini Ermənistana verib - AÇIQLAMA

Son sentyabr toqquşmalarında döyüş meydanında qalmış daha 10 erməni əsgərinin meyidi Ermənistan tərəfə verilib.

Hurriyyet.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə nazirinin müavini Ripsima Xaçatryan məlumat yayıb.

O deyib ki, erməni əsgərlərinin meyitlərinin verilməsi oktyabrın 27-də baş tutub. “Onların hamısının kimliyi müəyyən olunaraq, dəfn edilib”.

Qeyd edək ki, sentyabrın 12-13-də Ermənistan tərəfi dövlət sərhəddimizdə təxribata əl ataraq, möpvqelərimizə hücum edib. Həmin vaxt adekvat tədbirlər görən Azərbaycan Ordusu düşməni əsas müdafiə xətlərini sıradan çıxararaq, bir sıra əlverişli mövqelərə nəzarəti bərpa edib. Həmin döyüşlərdə Azərbaycan tərəfi 80 Şəhid verib. Ermənistanın itkiləri isə 500 nəfərə yaxın hesab olunur.