📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan daha 17 hərbçini geri qaytarır - KİV

2022-10-04 17:57:00

Azərbaycan daha 17 hərbçini geri qaytarır - KİV

Azərbaycan daha 17 erməni hərbçini geri qaytaracaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Kanal Oqney" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 Ermənistan hərbçisini geri qaytarır.

Təhvil veriləcək ermənilərdən 4 nəfəri yaralıdır. Onlara lazımi tibbi yardım göstərilib.

Yaxın vaxtlarda hərbçilərin Ermənistan tərəfinə təhvil veriləcəyi gözlənilir.