📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan daha bir uğura imza atır: Afrika İttifaqı ilə yaxınlaşmağa hazırlıq gedir

2023-05-17 13:45:00

Azərbaycan daha bir uğura imza atır: Afrika İttifaqı ilə yaxınlaşmağa hazırlıq gedir

Azərbaycan və Afrika İttifaqı gələcəkdə anlaşma memorandumu imzalaya bilər. Belə ki, bu gün Bakıda “Qlobal çağırışlar əsrində Afrikanın gücləndirilməsi və çoxtərəfliliyin təşviqi: Qoşulmama Hərəkatının rolu” konfransı keçirilir.

Azərbaycanın «Qoşulmama Hərəkatı»na sədrliyi dövründə Afrika ölkələrinin problemlərinə xüsusi diqqət yetirilib.

«O cümlədən, Bakı onlara maliyyə yardımı göstərib: təhsil və səhiyyəyə vəsait ayrılıb», deyə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov xatırladıb.

"Təəssüf ki, dünyada müstəmləkəçilik davam edir və ya onun təsiri hiss olunur", deyə nazir müavini qeyd edib.

Ülviyyə, Hurriyyet.az