📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan dünyada 1-ci yerdən 3-cü yerə düşdü

2024-06-07 15:45:45

Azərbaycan dünyada 1-ci yerdən 3-cü yerə düşdü

Hurriyyet.az

Azərbaycan dünyada qadın tədqiqatçıların faizinə görə birinci yerdən üçüncü yerə enib.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada deyib.

O qeyd edib ki, bununla bağlı statistika UNESCO tərəfindən hazırlanıb.

"UNESCO-nun araşdırmasına görə, 2021-ci ildə Azərbaycan qadın tədqiqatçıların faizinə görə birinci yerdə idi. Hazırda isə üçüncü yerdə qərarlaşıb. Lakin bu məsələdə Azərbaycan ilk beşlikdə olduğu halda, inkişaf etmiş ölkə sayılan Fransa son beşlikdə yer alıb", - o vurğulayıb./Report