📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan əhalisinin sayı açıqlandı

2021-12-15 16:26:00

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən Hurriyyet.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 31580 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb.

Bildirilib ki, əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.