📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan əhalisinin sayı açıqlandı

2026-04-13 21:21:40

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı artıb.

Musavat.com xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-fevral ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Bildirilib ki, əhalinin sayı ilin əvvəlindən 1 689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 264 040 nəfərə çatıb.