📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan əhalisinin sayı açıqlanıb

2026-01-19 14:29:43

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34 min 812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 259 min 701 nəfərə çatıb.

Hurriyyet.az "Report"-a istinadla  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.