Azərbaycan elminə ağır itki - FOTO
2026-01-06 12:52:14
Bakı Slavyan Univestitetinin professoru Zemfira Vəliyeva vəfat edib.
Hurriyyet.az Publika.az -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Z.Vəliyeva 64 yaşında dünyasını dəyişib. Alimin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edık ki, Z.Vəliyeva 1962-ci ildə doğulub. O, 1980-85-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alıb. Bakı Slavyan Universitetinin müəllimi, filologiya fakültəsinin dekanı işləyib. Mərhum professor həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.