Azərbaycan elminə ağır itki
2026-02-03 00:02:52
Professor Məsud Məmmədov (Məsud Dövran) vəfat edib
Hurriyyet.org Teleqraf-a istinadən xəbər verir ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Məsud Əliağa oğlu Məmmədov bu gün vəfat edib.
1994-cü ildən etibarən Lənkəran Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətini davam etdirən Məsud Dövran 300-ə yaxın elmi məqalənin, 5 monoqrafiyanın və 6 şeir kitabının müəllifidir.
