Azərbaycan enerji qovşağı perspektivində...
Səudiyyəlilər, BƏƏ, eləcə də avropalıların özləri indi Azərbaycanın bərpa olunan elektrik enerjisinə aktiv şəkildə sərmayə qoyurlar. Belə ki, bu yaxınlarda Azərbaycanın Energetika Nazirliyi ilə Avstraliyanın "Fortescue Future Industries" (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen” potensialının öyrənilməsi və inkişafı üzrə əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. Bu saziş Azərbaycanda 2037-ci ilə qədər ümumi gücü 12 QVt-dək olan bərpa olunan enerji və “yaşıl hidrogen” istehsalı layihələrinin öyrənilməsini və həyata keçirilməsini nəzərdə tutur.
“Strateji investorlardan biri ilə birgə 2027-ci ilə qədər 3 GVt-a qədər külək enerjisi və 1 GVt günəş enerjisi istehsal etməyi planlaşdırırıq. Bu enerji həcminin 80%-i ixrac ediləcək. 2037-ci ilə qədər biz ən azı 6 QVt əlavə enerji potensialı yaratmağı planlaşdırırıq”, deyə Azərbaycan Prezidenti İlham Əliyev Buxarestdə bildirmişdi.
Ötən ay Səudiyyə Ərəbistanının investisiyalar naziri Xalid əl-Falih Azərbaycana səfər etdi. Bu gün isə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycanda 240 MVt gücündə dəniz külək enerjisi stansiyasının tikintisi layihəsində iştirak edir. Bu firma bu stansiyanın tikintisi üçün Azərbaycana 300 milyon dollar sərmayə qoyur, lakin səudiyyəlilər Azərbaycanda gigavatlar gücündə elektrik stansiyalarının tikintisi üçün daha iddialı layihə həyata keçirmək istəyirlər.
Hələ 2020-ci ilin yanvar ayında BƏƏ-nin Masdar şirkəti ölkəmizdə tikinti və günəş elektrik stansiyaları ilə bağlı Azərbaycanla müqavilə imzalamışdı. Onun ümumi istehsal gücü 230 meqavat səviyyəsindədir.
Bundan əlavə, bu il iyunun əvvəlində Azərbaycanın Energetika Nazirliyi ilə BP şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsində əməkdaşlığa dair İcra Sazişi imzalanıb.
Yəni bəhs etdiyimiz elektrik bu günün elektrik enerjisi deyil və o, bu gün “yaşıl enerji” məfhumundan uzaqdır, onun planlanması ancaq 2027-2037-ci illərdədir və biz yalnız 2050-ci ildə onun istehsal və satış pik nöqtəsinə çatacağıq.
Bununla belə, bütün bu hekayədə əsas odur ki, Böyük Britaniya da bu “yaşıl biznesə” sərmayə qoyur. Səudiyyə Ərəbistanı və Əmirliklər sadəcə arzu olsun deyə müəyyən ölkələrə investisiya qoymurlar, hələ bərpa olunan elektrik enerjisi kimi mürəkkəb və bahalı layihələrə elə-belə sərmayə qoymurlar. Səudiyyə Ərəbistanı və BƏƏ-ni bizim ölkəyə bu məsələ üçün göndərdilər və yönləndirdilər...
Ülviyyə, Hurriyyet.az