“Azərbaycan ərazisinə hərbi müdaxilə planı var” - Politoloq
2024-04-09 21:55:30
“Ermənistan Azərbaycanla sərhədə ordu toplayır. Yeni təxribat elementləri müşahidə edilir. ABŞ, Fransa və İran Ermənistanın arxasında olduqlarını bəyan edib. Onlar çalışırlar ki, nəsə olsun. Rusiya isə farsların əli ilə addım atmaq istəyir. Bütün hallarda Qafqazda oyun gedir”.
Hurriyyet.Az bildirir ki, bunu Bakupost.Az-a politoloq Cümşüd Nuriyev Bakupost.az-a deyib.
O qeyd edib ki, bu oyunun arxasında Azərbaycan ərazisinə müdaxilə planı var:
"Rusiya istəyir ki, yenidən Qarabağda möhkəmlənsin. İran isə Zəngəzur dəhlizinin açılmasını arzulamır. Fransa ABŞ-nin əlaltısı kimi davranır. Bölgədə maraqları toqquşan ABŞ və Rusiyadır. Hər ikisindən ölkəmizi qorumaq lazımdır. Ona görə də Azərbaycan müharibə tərəfdarı deyil”.
Sevinc