📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik” - Borrell

2022-05-19 10:14:00

“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik” - Borrell

"Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında razılaşmaları dəstəkləyir və bu razılaşmaların həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək".

Hurriyyet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

O qeyd edib ki, Aİ bu istiqamətdə səylərini davam etdirir.

"Bu razılaşma əldə olunsa, biz həqiqətən minnətdar olarıq. Əgər bu baş verərsə, Aİ sazişin həyata keçirilməsinə hər cür dəstək vermək üçün əlindən gələni əsirgəməyəcək", - deyə Borrell bildirib.