📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Ermənistan və Fransaya çağırış edib

2025-04-25 20:30:13

Azərbaycan Ermənistan və Fransaya çağırış edib

Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir.

“Hurriyyet.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O əlavə edib ki, Azərbaycan həm Ermənistana, həm də bənzər əməlin ötən gün baş tutduğu Fransaya belə qəbuledilməz addımların qarşısını almaqla bağlı çağırış edib.