Azərbaycan Ermənistana 11 cəsəd təhvil verdi: 9-nun kimliyi dəqiqləşdi
Müharibədən bir ildən çox vaxt keçdikdən sonra Ermənistanın D-20 diviziyasının bir qrup hərbçisinmin cəsəd qalıqları tapılıb.
Hurriyyet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dekabrın 2-də 9 hərbçinin dəfn mərasimi keçiriləcək. Məlumatı hərbçilərdən birinin qohumu təsdiqləyib.
“D-20 diviziyasının cəsədləri tapılan hərbçiləri üçün dəfn mərasimi dekabrın 2-də saat 16:30-da İrəvandakı Müqəddəs Qriqori İlluminator kafedralında keçiriləcək”, hərbçinin qohumu bildirib.
Qeyd edək ki, həmin hərbçilərin cəsəd qalıqları bu il noyabrın 2-də Azərbaycan tərəfi hərbçilərin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.
Əvvəllər xəbər verildiyi kimi, Xocavənd rayonunun Qırmızı Bazar (Karmir Şuka) kəndinin kəsişməsində Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə Azərbaycan tərəfi uzun danışıqlardan sonra 11 nəfərin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.
Onların kimliyi məhkəmə-tibbi ekspertizasının nəticələri ilə müəyyən edilib. Məlum olub ki, həmin hərbçilər D-20 diviziyasının olan artilleriyaçılardı.
Onlardan doqquzunın ad soyadı da açıqlanıb: David Levonoviç Azatyan, Hayk Oqanesoviç Antonyan, Karen Borikoviç Danielyan, Artak Civanoviç Mikaelyan, Narek Armenoviç Ohanyan, Vahe Arturoviç Papyan, Hayk Mheroviç Papikyan, Ruben Arsenoviç Poqosyan, Samvel Stepanoviç Poqosyan.