“Azərbaycan Ermənistana hücum edəcək” iddiasına İrandan reaksiya
2023-10-16 16:24:01
İran XİN ABŞ dövlət katibi Entoni Blinkenin "Azərbaycanın yaxın həftələrdə Ermənistana hücumu ilə bağlı qanunvericilərə xəbərdarlıq etməsi" iddiasına münasibət bildirib.
Hurriyyet.az xəbər verir ki, nazirliyin sözçüsü Naser Kənani bununla bağlı deyib:
"Bu suala azərbaycanlı vəzifədaşlarımız cavab verməlidir".
O. Kənani əlavə edib: "Qafqazda sülh və sabitlik İran üçün vacibdir. Fikir ayrılıqlarının siyasi yollarla həlli bütün region ölkələrinin maraqlarına uyğundur. Biz regional mexanizmi problemlərin həllinin yeganə yolu hesab edirik".
Xatırladaq ki, iddianı ABŞ-ın “Politico” nəşri ortaya atıb. Guya dövlət katibi E. Blinken konqresmenlərə xəbərdarlıq edib ki, "Azərbaycanın tezliklə Ermənistanın cənubunu işğal edəcək".
yenisabah.az