📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Ermənistana iştirakçı göndərəcək? - FOTO/VİDEO

2022-04-20 22:36:00

Azərbaycan Ermənistana iştirakçı göndərəcək? - FOTO/VİDEO

Bu il İrəvanda keçirilməsi planlaşdırılan Uşaq- Avroviziya mahnı müsabiqəsində yer alacaq ölkələr iştiraklarını təsdiqləməyə başlayıb.  

Dekabrın 11-də Karen Dəmirciyan İdman-Konsert Kompleksində keçiriləcək yarışmada səhnəyə çıxacaq sənətçilərin adları isə hələlik açıqlanmayıb. Bununla yanaşı, bir neçə ölkə festivalda yer almayacağını vurğulayıb. 

 


2021-ci ildə Parisdə keçirilən şouda 5-ci olan Azərbaycanın (təmsilçi Sona Əzizova- red) bu il qatılıb-qatılmayacağı sual yaradıb. 

 

OLAY mövzu barədə İTV-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun rəsmisi bildirib ki, Uşaq-Avroviziya ilə bağlı konkret qərar verilməyib:

“Hazırda əsas Avroviziya mahnı müsabiqəsinə bütün diqqət yönəlib.  Uşaqlar üçün nəzərdə tutulan yarışma barədə isə heç bir məlumat yoxdur.