📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan əsilli Türkiyə kosmonavtı kosmosa yollanacaq

2024-06-06 14:25:48

Azərbaycan əsilli Türkiyə kosmonavtı kosmosa yollanacaq

Hurriyyet.az TRT kanalına istinadla xəbər verir  ki, iyunun 8-də Türkiyənin artıq ikinci kosmonavtı - Tuva Cihangir Atasever kosmosa yollanacaq. Kosmosa səfəri barəsində açıqlama verən Tuva Cihangir Atasever bildirib ki, uçuş zamanı onun uniformasında Türkiyə dövləti ilə yanaşı, Azərbaycan dövlətinin də bayrağı olacaq.
Əslən azərbaycanlı olan Türkiyə kosmonavtı tarixi kosmik səfəri zamanı 7 müxtəlif elmi eksperimentdə iştirak edəcək.
Hürr Tərcüman